İsveçrə çempionatında 2-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun oynadığı "Qrasshopper" öz meydanında “Luqano” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki,  Renat 46-cı dəqiqədə meydana daxil olub və 90+1-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.