“Mançester Yunayted” klubundan ayrılan Cessi Linqardın yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, ingilis yarımmüdafiəçi "Nottingem Forest”də çıxış edəcək.

Azad agent statusuna malik futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Cessi Linqard 21 il sonra klubundan ayrılıb. İngiltərə yığmasında 32 oyun keçirmiş futbolçu, 6 qol vurub.