Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun İsveçrə “Qrasshopper”inə transferinin detalları bəlli olub.

Offsideplus.az xəbər verir ki, İsveçrə klubunun bu keçidə görə “Vulverhempton”a 315 min funt sterlinq (636 min manata yaxın) ödədiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü isveçrəlilərlə 2+1 illik müqavilə imzalayıb.