"Sabah" rusiyalı baş məşqçisi Murad Musayev yenidən "Krasnodar"ı çalışdıra bilər. Bu barədə "Championat.com" xəbər yayıb.
Bildirilib ki, 38 yaşlı mütəxəssis danışıqlar üçün Bakını tərk edib.
Məsələnin nə dərəcədə doğru olduğunu öyrənmək üçün "tələbələr"in mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq.
Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Krasnodar”da daha öncə baş məşqçi istefası gerçəkləşəndə də oxşar xəbərlər yayılmışdı. Murad Musayevin uzun müddət “Krasnodar”ın akademiyasında və əsas komandasında çalışmasını və müəyyən uğurlar qazanmasını nəzərə alsaq, hər dəfə bu klubda baş məşqçi ayrılığı yaşananda Rusiya mətbuatının bu cür iddia ilə çıxış etməsi başadüşüləndir. Ancaq klub daxilində belə bir məsələ müzakirə edilməyib. Murad Musayev şəxsi işləri ilə bağlı vətəninə gedib".
Qeyd edək ki, Musayev 2020/2021 mövsümündə bu klubu çalışdırıb.
Xatırladaq ki, dünən alman məşqçi Daniel Farke "Krasnodar"dan ayrılıb.
Cavid Əliyev