Prezident İlham Əliyevin bil imzaladağı sərancamlarla təltif olunmuş şəxslərə mükafatlat təqdim edilib.

Offsideplus.az  nazirliyin saytına istinadən xəbər verir ki, bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il imzaladığı müxtəlif sərəncamlarla təltif edilmiş bir qrup şəxsə dövlət mükafatlarını təqdim edib.

İlk olaraq dövlətimizin başçısının sərəncamına əsasən, ADBTİ-nin 90 illik yubileyi münasibətilə və Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə təltif edilmiş 1 nəfərə “Şöhrət” ordeni təqdim olunub.

Digər bir nəfərə dövlət başçısının fərdi təqaüdünün müvafiq sənədi, 7 nəfərə “Tərəqqi” medalı, 8 nəfərə Əməkdar müəllim, 5 nəfərə isə Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adının vəsiqəsi və döş nişanı təqdim edilib.

Həmçinin, Azərbaycan Respubıikası Prezidentinin müxtəlif Sərəncamları ilə təltif edilmiş şəxslərə “Şöhrət” və “Şərəf” ordenləri, 3 nəfərə “Tərəqqi” medalı, 4 nəfərə isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları verilib.