"Barselona"nın sabiq futbolçusu Jonatan dos Santos karyerasına yeni klubda davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı meksikalı oyunçu MLS təmsilçisi "Huston Dinamo"ya keçməyə yaxındır.
Yarımmüdafiəçinin hazırkı komandası "Los Angeles Qalaksi" ilə bu ilin qışında sözləşməsi başa çatır.
Qeyd edək ki, "Barselona"nın akademiyasında yetişən Dos Santos 2012-ci ildə əsas komandaya yüksəlib.