Niderland yığma komandası bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Norveçlə oyuna baş məşqçisi Lui van Qalsız çıxacaq.

Offsideplus.az xəbər verir ki, buna təcrübəli mütəxəssisin xəsarət alması səbəb olub.

O, iki gün öncə məşqdən otelə qayıdarkən velosiped qəzası keçirib. Bu üzdən də o, Norveçlə görüşdə texniki zonada yer ala bilməyəcək. V

Qeyd edək ki, Niderland - Norveç matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.