Türkiyə millisinin baş məşqçisi Şenol Günəşlə bu ölkənin futbol federasiyasının prezidenti Nihat Özdəmir arasında görüş keçirilib.

Offsideplus.az "DHA"ya istinadən xəbər verir ki, tərəflər sentyabrın 7-də "ay-ulduzlular"ın səfərdə Niderlanda 1:6 hesabı ilə uduzmasının ardından yaranan narazılıqdan dolayı bir araya gəlib. Təxminən 3 saat davam edən görüşdə 69 yaşlı mütəxəssisin millidəki işinə xitam veriləcəyi gözlənilsə də, bu baş tutmayıb. Belə ki, qurum rəhbəri Günəşlə bir neçə gündən sonra yenidən görüşəcəyini bildirib.

Qeyd edək ki, təcrübəli mütəxəssis 2019-cu ildən Türkiyə yığmasının "sükanı arxasındadır".