"Bayer"in hücumçusu Patrik Şik "Mançester Yunayted"in transfer siyahısına daxil olub.

Offsideplus.az xəbər verir ki, Leverkuzen klubu çexiyalı hücumçu üçün 25-30 milyon avro tələb edir.

Bu barədə jurnalist Patrik Berger məlumat verib.

Şik 2019-cu ildən "Bayer"də çıxış edir.

Cari mövsümdə o, "aspirinlər"də ən yaxşı sezonlarından birini keçirir. 29 yaşlı hücumçu 40 oyunda 23 qol vurmağı bacarıb.