Portuqaliyalı futbolçu Bernardo Silva bu yay ölkəsinə qayıda bilər.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə doğma klubu "Benfika" maraqlanır.
Bu barədə "A Bola" nəşri məlumat yayıb.
"Benfika" yetirməsi olan Silva aşağı yaş qruplarından etibarən 13 il bu klubda çıxış edib.
Təcrübəli futbolçu hazırda üzvü olduğu "Mançester Siti"yə isə 2017-ci ildə qoşulub. O, "şəhərlilər"in heyətində 396 oyuna çıxıb.