Lionel Messi "insragram"da rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduzun Amerika kubokunu qazandıqdan sonra paylaşdığı şəkil böyük sevinclə qarşılanıb. Belə ki, Messinin kubokla olan şəklini 20 milyondan çox izləyici bəyənib.

Bu göstəricidə, o, Kriştiano Ronaldonu qabaqlayıb.

Qeyd edək ki, Ronaldonun Maradonanın vəfatı ilə bağlı paylaşımına 19 milyon 800 min layk gəlmişdi.