"Legiya" klubunun baş məşqçisi  Çeslav Mixneviç Mahir Emreli barədə danışıb.

Offsideplus.az-ın məlumatına görə, "legionisci.com"a müsahibə verən 51 yaşlı mütəxəssis 24 yaşlı hücumçunun ünvanına tərif yağdırıb:

"Mahir Emrelinin Ekstraklasanın ulduzu olmasını istərdim. Onun potelsialı var, amma bu liqaya çoxlu potensiallı ulduz gəlsə də, onların heç də hamısı uğurlu ola bilməyib. Mahir ulduz ola biləcəkmi? İstərdim ki, olsun, amma öncədən heç bir qərar vermirəm. Emreli oyuna qayıtmağı sevən futbolçudur. O, öz komandasının qapısı qarşısından rəqibin cərimə meydançasınadək qaçır, daha sonra geri qayıdır. Belə bir sistemdə saniyəölçənləri uda bilən oyunçumuz olmalıdır. Bu səbəbdən, Tomas Pexart idealdır. Bu cütlüyün birgə işindən çox şey gözləyirəm".