İsveç yığma komandasının futbolçusu Deyan Kuluşevskinin koronavirus testi müsbət nəticə verib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi təcrid edilib.

"Yuventus"dan dəvət olunan oyunçu Avropa çempionatında yığmanın ən azı bir matçını buraxmalı olacaq. İlk turda İsveç İspaniya ilə üz-üzə gələcək.