Lüis Hemilton "instaqram" hesabında məşq zamanı şortda çəkdiyi video və fotosunu paylaşıb.

Daha doğrusu, əzələlərini nümayiş etdirərək, hazırlıqların çətin keçdiyini vurğulayıb. 

Offsideplus.az xəbər verir ki, "Mercedes"in pilotunun paylaşımına dünya futbolunun ulduzu Kriştiano Ronaldo biganə qalmayıb. "7 nömrə"nin yazdığı şərh belə olub: "Qardaşım, əla görünürsən, amma mənim qədər ola bilmərsən".