"Atletiko Mineyro"nun ulduzu Halkla bağlı maraqlı fakt ortaya çıxıb.

Offsideplus.az "TV Galo"ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun fizioterapisti onun 1 oyuna 5 kq çəki saldığını açıqlayıb. 

"Halk aşırı çox tərləyir. Bir oyunda 5 kilo çəki itirə bilir. Tərləmək futbolçuların bədən istiliyini tarazlayır. Amma gərək, bunu yaxşı tənzimləyəsiniz".

Halkın itirdiyi çəkini növbəti matçlara qədər bərpa etdiyini bildirən fizioterapist, bunun məşhur forvard üçün təhlükəsiz olduğunu qeyd edib.