Bu gün Çempionşipdə "Derbi Kaunti" "Park Reyncers"in qonağı olub.

Offsideplus.az xəbər verir ki, ev sahibləri rəqibə minimal hesabla uduzublar: 0:1. "Derbi Kaunti" ilə üçüncü oyununu keçirən Ueyn Runi baş məşqçi olaraq 2-ci qələbəsini qazanıb. 

Qeyd edək ki, Runinin komandası turnir cədvəlində 25 xalla 24-cü pillədədir. İlk yerdə 53 xalla "Norviç Siti", ikinci yerdə isə 46 xalla "Suansi" qərarlaşıb.

"Park Reyncers" - "Derbi Kaunti" 0:1 (K.Kazim-Riçards, 56.)