Pele maraqlı açıqlama ilə diqqətləri cəlb edib.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbol əfsanəsi hazırda dünyanın ən güclü futbolçusunun adını açıqlayıb:

"Düşünürəm ki, hazırda bu ada Ronaldo sahibdir. Portuqaliyalı stabil oyunu ilə diqqət çəkir. Lakin Messini də unutmaq olmaz".

3 qat dünya çempionu bəşər tarixinin ən güclü futbolçusunun özü olduğunu bildirib:

"Ziko, Ronaldinyo, Ronaldo, avropalılardan Bekkenbauer, Kroyffu unutmamalıyıq. Pele hamısından yaxşı idi. Çünki onları mənimlə müqayisə edirlər".