"Sutyeska" ilə oyunlardan lazımi qədər nümunə götürülməmişdi. "Qarabağ"la görüşün çətinlik dərəcəsi isə böyük deyildi".
Bunu APOEL-in əfsanəvi futbolçusu Takis Antoniu deyib.
1972-1986-cı illərdə Nikosiya klubunun şərəfini qorumuş sabiq yarımmüdafiəçi Kipr mətbuatına açıqlamasında komandanın Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a öz meydanında keçirdiyi matçı dəyərləndirib.
65 yaşlı mütəxəssis səfər qələbəsinə (2:1) baxmayaraq, Azərbaycan çempionunu o qədər də güclü saymır: "Düzdü, bu mərhələdəki rəqib əvvəlkindən daha güclü idi və fərqli oyun oldu. Ancaq "Qarabağ"ı həddən artıq yüksək qiymətləndirmək yanlışdı. "Qarabağ" heç bir halda APOEL-dən güclü deyil. 1-2 yaxşı futbolçuları var. Amma APOEL bərabər səviyyədə oynadığı zaman rəqibin zəif cəhətləri üzə çıxırdı. Xüsusən də, müdafiələrindəki problem açıq-aşkar görünürdü".
Antoniu hesab edir ki, APOEL səfərdə qalib gələrək, mərhələ adlaya bilər: "Əgər matça yanaşmada dəyişiklik edilsə, "Qarabağ"a səfərdə qalib gəlmək olar. Çətinlik dərəcəsi nəticənin göstərdiyi qədər yüksək deyil. Vəziyyəti qəlizləşdirən məqam iki qol vurmaq məcburiyyətində qalmağımızdı. APOEL Bakıda 2-3 qol vura biləcək səviyyədədi və bunu bacaracaq futbolçulara malikdi".
Qeyd edək ki, "Qarabağ"la APOEL arasında cavab qarşılaşması avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. (matc.az)