Sami Xediranın “Ausburq”da çıxış edən qardaşı Rani Tunis millisinin təklifini rədd edib.

Offsideplus.az Goal-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi qərarını belə əsaslandırıb:

“Ötən gecə Tunis Futbol Federasiyasına bildirdim ki, onların komandasında 2018-ci il dünya çempionatına getmək istəmirəm. Mənə etdikləri təklifə görə şadam. Amma Almaniyada anadan olmuşam və yalnız almanca danışıram. Qərar verməyimdə həlledici faktor bu oldu”.

Qeyd edək ki, Sami və Raninin atası əslən tunislidir. Sami 2009-cu ildən Almaniya millisində oynayır. Rani isə 2013-cü ilə qədər Bundestimin aşağı yaş qruplarında forma geyinib.