Fernando Musleranın yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, uruqvaylı qapıçı "Estudiantes" klubu ilə razılıq əldə edib. Argentina təmsilçisi ilə müqavilənin müddəti 1,5 illik nəzərdə tutulub. 

Qeyd edək ki, Musleranın son klubu "Qalatasaray" olub. 2011-ci ildən "sarı-qırmızılar"ın formasını geyinən 38 yaşlı qolkiper 2025-ci ilin yayında "Cim-Bom" ilə vidalaşıb. O, bu müddət ərzində "Qalatasaray"ın heyətində 551 oyuna çıxıb, 195 matçda qapısını toxunulmaz saxlayıb və 2 qol vurub.