Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Polşanın "Radomyak" klubunun heyətində mövsümü başa vurub.

Offsideplus.az xəbər verir ki, həmvətənimiz bu gün Polşa Ekstraklasanının sonuncu, XXXIV turunda "Motor Lublin"ə qarşı forma geyinib. 

71-ci dəqiqədə (hesab 1:3 olarkən) mübarizəyə qoşulan Renat komandasını məğlubiyyətdən xilas edə bilməyib - 2:3.

Beləliklə, "Radomyak" çempionatı 41 xalla 12-ci pillədə bitirib.

Xatırladaq ki, bu ilin fevralında "Ankaragücü"dən transfer olunan Dadaşov Polşa çempionatında 12 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə edib.