Polşa Ekstraklasasının XXXIII turu çərçivəsində "Radomyak" "Stal Meleç"in qonağı olub. 

Offsideplus.az xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. 

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov da bu qarşılaşmanın iştirakçısı olub. O, meydana 72-ci dəqiqədə daxil olub və sona qədər mübarizə aparıb. 

Qeyd edək ki, 25 yaşlı həmyerlimiz cari mövsüm Polşa çempionatında 11 oyuna çıxıb, 2 qol və 2 assistə imza atıb.

Ekstraklasa, XXXIII tur

"Stal Meleç" - "Radomyak" 2:2