FİFA-nın keçmiş hakimi Pyerluici Kollina klub məşqçilərinin oyun zamanı VAR sistemini izləməsi ideyasına etiraz edib.
Offsideplus.az xəbər verir ki, tanınmış hakim ortaya atılan ideyanı məqbul saymır. Kollina deyib: “ Başqa idman növlərində məşqçilər matçda baş verən mübahisəli vəziyyətləri VAR sisteminin köməyi ilə izləyə bilirlər. Voleybolda və basketbolda qayda pozuntularının əksəriyyəti elə hakimlər tərəfindən obyektiv şəkildə təyin edilir. Futbolda məşqçilərin videotəkrarları izləməsinə yol vermək olmaz. Burada xüsusi diqqət tələb olunur. Mütəxəssislər mübahisə yaradan anların bütün detallarını VAR-ın köməyi ilə incələyir. Onlar meydanda baş verənləri daha dəqiq görə bilir, nəinki məşqçilər”.
Xatırladaq ki, VAR sistemi bu il Rusiyada təşkil olunan dünya çempionatında tətbiq edilib.


