İngiltərənin məşhur futbolçularından olan David Beckham sahibi olduğu klub Lionel Messini transfer etmək istəyir.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, Beckham 2020-ci ildə MLS-də özünün yeni klubu olan "İnter Miami"yə Lionel Messini transfer etmək istəyir. Hələki Argentinalı ulduzla danışıqlara başlanılmadığı deyilir.
Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ildə sona çatır.



