“Neftçi”nin sabiq hücumçusu Prins İbaranın yeni klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, konqolu futbolçu karyerasını Fransada davam etdirəcək. 25 yaşlı hücumçu bu mövsümün sonunadək icarə əsasında ikinci liqa təmsilçisi "Şatoru"da oynayacaq.
Qeyd edək ki, Prins İbara cari mövsümün ilk yarısını "Neftçi"də icarə əsasında keçirib. O, 7 oyuna 1 qol vurub. İbara müqaviləsi ilə Belçikanın "Berşot" klubuna məxsusdur.



