Çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, komandamız İtaliya, Moldova və Estoniya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq. Oyunlar iyulun 5-dən 9-dək “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək. Millimizin oyunlarının təqvimi belədir:

5 iyul.

18: 45. Azərbaycan – Moldova

6 iyul.

18:45. Azərbaycan – Estoniya

7 iyul.

18:45. Azərbaycan – İtaliya