Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha 6 oyun baş tutub.
Offsideplus.az xəbər verir ki, A qrupunda yığmamız son oyununa çıxıb. Komandamız Gürcüstanla qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
Millimiz bundan əvvəl Çexiya ilə heç-heçə (0:0) edib, İtaliyaya qalib (2:0) gəlib.
Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda qarşılaşacaqlar.
Xatırladaq ki, bütün matçlar Bakı Tennis Akademiyasında keçirilir.