Kadi Borges Rusiyanın "Krasnodar" klubundan ayrılıb.

Offsideplus.az xəbər verir ki, braziliyalının yeni komandasının adına da aydınlıq gəlib.

Belə ki, "Qarabağ"ın sabiq futbolçusu karyerasına Macarıstan "Ferentsvaroş"unda davam edəcək.

Yarımmüdafiəçi  2023-cü ilin yanvarında "Qarabağ"dan "Krasnodar"a transfer olunmuşdu.

Onun yenidən "Qarabağ"a dönəcəyinə dair iddialar səslənirdi.