Səudiyyə Ərəbistanı çempionatının 13-cü turu çərçivəsində səfərdə “Əl-Vahda” ilə qarşılaşan "Əl-Nəsr" rəqibini 3:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, Kristiano Ronaldo Aleks Telles və Abdulela Əl-Əmirinin fərqləndiyi görüşdə komandasının 3-cü qoluna imza atıb.