Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə çempionatında I tur matçına çıxıb. 

Offsideplus.az xəbər verir ki, komanda “Servett”lə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub.

Renat da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 58-ci dəqiqədə Elmin Rastoder ilə əvəzlənib.