Futbol üzrə İsveçrə Superliqasında 34-cü turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə "Sürix"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu oyunun iştirakçısı olub. 24 yaşlı forvard 60-cı dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, 34 turdan sonra 43 xal toplayan "Qrasshopper" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.