Xorvatiya yığma komandasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç 26 futbolçuya dəbət göndərib:
Qapıçılar: Dominik Livakoviç ("Dinamo" Zaqreb), İvitsa İvuşiç ("Osiyek"), İvo Qrbiç ("Atletiko").
Müdafiəçilər: Deyan Lovren ("Zenit"), Domaqoy Vida (AEK), Yoşko Qvardiol ("Leypsiq"), Borna Barişiç ("Reyncers"), Yosip Juranoviç ("Seltik"), Borna Sosa ("Ştutqart"), Yosip Stanişiç ("Bavariya"), Martin Erlix ("Sassuolo") , Josip Şutalo ("Dinamo Zaqreb)
Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Mario Paşaliç (“Atalanta”), Mateo Kovaçiç (“Çelsi”), Nikola Vlaşiç (“Torino”), Marselo Brozoviç (“İnter”), Kristian Yakiç (“Ayntraxt" Frankfurt), Luka Suçiç (“Zalsburq”), Lovro Maer (“Renn”).
Hücumçular: İvan Perişiç ("Tottenhem"), Andrey Kramariç ("Hoffenhaym"), Bruno Petkoviç ("Dinamo" Zaqreb), Mislav Orsiç ("Dinamo" Zaqreb), Ante Budimir ("Osasuna"), Marko Livaya ("Hayduk" Split).
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Xorvatiya millisi mundialda Belçika, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.