Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Ricat Qarayev karyerasını Polşada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Şeçinek"lə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Şeçinek” Polşa 4-cü liqasında mübarizə aparır.

Qeyd edək ki, Ricat Qarayev karyerası ərzində "Neftçi", "Sumqayıt", "İnter" (indiki "Şamaxı") və "Sabah"ın formasını da geyinib.