Felipe Santos "Şamaxı"nı tərk etməyə hazırlaşır.
Əldə etdiyimiz məlumata görə, 25 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsi Braziliyada davam etdirə bilər.
Onunla A Seriyasında çıxış edən bir neçə klub maraqlanır.
Bu məlumatı Offsideplus.az-a açıqlamasında futbolçu özü də təsdiqlədi: "Bəli, A Seriyasında çıxış edən bir neçə klub məni heyətində görmək istəyir. Amma rəsmi bir şey yoxdur".
Qeyd edək ki, Santos bu mövsümün əvvəlindən əyalət klubunda çıxış edir. Onun müqaviləsi bu yay başa çatır.
Cavid Əliyev