İngiltərənin "Nyukasl" klubu "Fiorentina"nın hücumçusu Moyze Kini transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sağsağanlar" artıq ilkini danışıqlara başlayıb. İtaliyalı futbolçunun 52 milyon avroluq sərbəstqalma bəndi var.

Bu barədə "Calciomercato" portalı məlumat yayıb.

Kin cari mövsüm A Seriyasında Mateo Reteqidən sonra ən məhsuldar ikinci oyunçudur. O, 28 oyunda 17 qol vurub.