"Qarabağ" klubunun futbolçuları Leandro Andrade və Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Kabo-Verde Qvadelupa yığması ilə üz-üzə gəlib.

Patrik matça start heyətində çıxıb, Leandro isə oyunun iştirakçısı olmayıb. Görüş Kabo-Verde millisinin 2:0 hesablı qələbə ilə yekunlaşıb.