DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya ilə keçirilən oyunda (2:2) kapitanlıq sarığısını yerə atan Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo ilə bağlı qərar verilib.
Offsideplus.az xəbər verir ki, "prineylilər"in baş məşqçisi Fernandu Santuş buna görə Kriştianonu cəzalandırmayıb.
Belə ki, Ronaldo yenidən komandanın kapitanı olmaqda davam edəcək.
66 yaşlı mütəxəssis fikirlərini belə ifadə edib:
"Heç kim onun bu hərəkətinə müsbət yanaşmır, ancaq Ronaldonun kapitanlıq məsələsi heç müzakirə mövzusu belə deyil. O, beynəlxalq bir örnəkdir. Əgər komanda yoldaşlarına, mənə və federasiyaya qarşı yanlış hərəkət etsəydi, onunla bağlı tədbir görərdik. Ronaldo kapitanlıq sarğısını sonuna qədər daşıyacaq".