Braziliya millisinin və "Bavariya"nın sabiq futbolçusu Rafinyanın yeni klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı müdafiəçi karyerasını Braziliya klubunda davam etdirəcək. Mövsümün sonunadək "Qremio" ilə müqavilə bağlayan Rafinya bu mövsüm klubun ilk transferidir.
Qeyd edək ki, son klubu "Olimpiakos" olan braziliyalı 2011-2019-cu illərdə "Bavariya"da çıxış edib.