MLS Liqasında çıxış edən “Monreal İmpakt” klubunun baş məşqçisi Tyerri Anri ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən qətlə yetirilən Corc Floydun ölümünə biganə qalmayıb.
Offsideplus.az xəbər verir ki, fransalı mütəxəssis “Nyu England”la oyunun (0:1) start fitindən dərhal sonra dizi üstə çöküb və 8 dəqiqə 46 saniyə bu vəziyyətdə dayanaraq Floydun xatirəsini yad edib.
Qeyd edək ki, mayın 25-də ABŞ polisləri Corc Floydu 8 dəqiqə 46 saniyə boğub.