Serbiyalı futbolçu Zoran Tosiç ölkəsinin "Partizan" klubu ilə yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını koronavirus epidemiyasının üzə çıxdığı və geniş yayıldığı Çində davam etdirəcək.

O, ikinci liqada çıxış edən "Tayçjou Yuanda" komandasına keçib.