PSG-nin baş məşqçisi Tomas Tuxel Napoli ilə (2:2) oyundan sonra keçirilən mətbuat konfransında jurnalistin sualını əsəbi şəkildə cavablandırıb.
Offsideplus.az xəbər verir ki, jurnalistin “güclü maliyə imkanı Paris klubunun ÇL-də favorit olmasına imkan verirmi” sualı Tuxeli özündən çıxarıb:
“Bu nə arqumentdir? Qəribə söhbət edirsiniz. Bura restoran deyil. Siz sual verirsiniz, mən öz fikirlərimi deyirəm. Qəbul etməyə bilərsiniz. Çempionlar liqası və ya başqa turnirlərdə maliyə vəsaitinin heç bir əhəmiyyəti yoxdur. Bir neçə gün bundan əvvəl demişdim ki, PSG favorit sayıla bilməz. Vəziyyət belədir. Mənə inanmalısınız”. Xatırladaq ki, PSG çempionlar liqasının C qrupunda 4 xalla üçüncü yerdədir. Qrupa Liverpool başçılıq edir-6 xa


