"Yaxşı müdafiə olunduğumuz bir qarşılaşma oldu".
Offsideplus.az xəbər verir ki, bunu "Gəncə" ilə matçdan sonra "Abşeron Lions" komandasının baş məşqçisi Erhan Toker deyib.
O, qarşılaşma ilə bağlı klubun mətbuat xidmətinə açıqlamalar verib:
"Hətta bir qədər sərt oyuna icazə versəydi hakimlər, rəqib daha az xal qazanacaqdı. Bir oyunçumuz vaxtından tez oyunu tərk etdi. Çünki qarşı tərəf bizi provakasiyaya çəkməyə çalışırdı. Məhz bunun nəticəsində də texniki foullar alındı. Sonradan iki tərəf də sakitləşdi. Buna baxmayaraq yenə də qıcıq yaradacaq hərəkətlər oldu basketbolçularımıza qarşı. Bunlara rəğmən sona qədər istədiyimiz nəticəni qoruyub saxlaya bildik.
Basketbol belə oyundu. Oyunçular bəzən bir-birinə qarşı sərt, kobud və xoşagəlməz davranışlarla yadda qalırlar. Qələbə üçün sevinsəm də, belə durumlar üçün üzülürəm. Belə olmasını istəmirəm. Parketdə əsl mübarizənin olmasını və layiqli tərəfin qələbə qazanmasını istəyirəm".
Qeyd edək ki, "Abşeron Lions" Azərbaycan Basketbol Liqasının XVII turunda "Gəncə"ni 81:71 hesabı ilə məğlub edib.



