"Quba" Azərbaycan Basketbol Liqasının XVII turunda "Ordu" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi güclü rəqibi ilə bacarmayıb - 87:98.
Oyundan sonra komandanın baş məşqçisi Şəhriyar Əsgərov görüşlə bağlı klubun mətbuat xidmətinə açıqlamalar verib:
"Gücümüz çatdığı qədər oynamağa çalışdıq. Pis də alınmadı. Təbii ki, qalibiyyət üçün oynayırdıq. Amma rəqibin də gücünü bilirdik.
Gənc məşqçi həmkarımız olan Polad Həsənovu da təbrik edirəm, həqiqətən oyunu yaxşı qurur, yaxşı məşqçidir. Biz də sona qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik. Ümidvaram ki, hər şey yaxşı olacaq. İşləməyə davam edəcəyik".


