Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni və məşqçilər korpusu bir neçə futbolçunun formasında nəzərəçarpacaq eniş müşahidə edib.

Offsideplus.az xəbər verir ki, son dövrlər bir sıra əsas oyunçuların performansında geriləmə var və bu, texniki heyətdə ciddi narahatlıq yaradıb.

Hesabatlara əsasən, hazırda komandanın heyətində stabil və yüksək forması ilə seçilən yalnız iki futbolçu var. Bunlar yarımmüdafiəçi Enzo Fernandes və müdafiəçi Lisandro Martinesdir.

Skaloni və onun köməkçiləri qarşıdakı turnirlər öncəsi oyunçuların fiziki və taktiki vəziyyətini yaxından izləmək niyyətindədirlər.