“Hazırlıq yaxşı keçdi”.
Bunu Offsideplus.az-a açıqlamasında tanınmış MMA döyüşçüsü Xəyal Canıyev deyib.
"RCC Boxing" təşkilatının bayrağı altında çıxış edən təmsilçimiz növbəti döyüşü haqqında danışıb: Çelyabinsk şəhərində yerli boksçularla məşq edirəm. Döyüşə 3 həftə qalmış təklif gəldi və mən il boyu formada olduğum üçün razılaşdıq. Daha sonra tam şəkildə boks məşqlərinə başladıq.
Bu, mənim peşəkar boksda debütüm olacaq. Uzun zamandır özümü boksda sınamaq istəyirdim və bu, mənim üçün çox maraqlıdır. Döyüşdən sonra vəziyyətə baxacağıq. Ola bilsin ki, yenə boks üzrə çıxış edim, çünki boks mənə çox xoş gəlir”.
Canıyev rəqibi haqqında bunları deyib: Rəqibim təcrübəli və güclü idmançıdır. Bir çox təşkilatlarda döyüşür və uğurlu nəticələr göstərir. Biz də məhz ona uyğun hazırlaşmışıq və sabah gözəl döyüş nümayiş etdirməyə hazırıq.
Azarkeşlərə demək istəyirəm ki, həmişə olduğu kimi məni dəstəkləsinlər. Mən də onlar üçün qələbə qazanmağa çalışacağam”.
Qeyd edək ki, Xəyal Canıyevlə Vasili Podnebesnıy arasında döyüş sabah Rusiyanın Çelyabinsk şəhərində baş tutacaq.


