"Barselona"nın bəzi futbolçuları baş məşqçi Hans-Diter Flikin taktiki yanaşması ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Offsideplus.az xəbər verir ki, komanda üzvlərinin bir qismi böyük oyunlarda yüksək müdafiə xətti ilə oynamağın riskli olduğunu düşünür.

Xüsusilə Rafinya və Pedri kimi əsas oyunçuların olmaması vəziyyətində bu taktikanın komanda üçün ciddi problemlər yarada biləcəyini bildirən futbolçular, müdafiə balansının daha da zəifləyə biləcəyindən ehtiyat edirlər.