“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Tottenhem”lə 2:2 hesablı heç-heçə ilə bitən matçdan sonra verdiyi açıqlamalara görə intizam ittihamı ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Futbol Assosiasiyasının (FA) rəsmi açıqlamasında bildirilir ki, ispan futbolçunun oyundan sonrakı media müsahibəsində dediyi sözlərin hakimlərin qərəzli olduğunu ima etdiyi və ya matçın rəsmi şəxslərinin dürüstlüyünü şübhə altına aldığı iddia olunur. Bu isə FA-nın 3.1 qaydasına zidd hesab edilir.

Rodriyə ittihamlara cavab vermək üçün 18 fevral çərşənbə gününə qədər vaxt verilib.