Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinganı transfer etmək üçün böyük maliyyə paketi hazırlayır.

Offsideplus.az xəbər verir ki, Səudiyyə təmsilçisi fransız futbolçunu N’Qolo Kantenin uzunmüddətli əvəzləyicisi kimi görür. Xatırladaq ki, Kante qış transfer dönəmində “Fənərbağça”ya keçib və bu, “Əl-İttihad”ın yarımmüdafiə xəttində boşluq yaradıb.

Klub rəhbərliyi Kamavinganı komandanın gələcək layihəsinin əsas fiqurlarından biri kimi planlaşdırır və transfer üçün yüksək maaş və bonusları əhatə edən cəlbedici müqavilə təqdim etməyə hazırdır.

“Real Madrid”in futbolçu ilə bağlı qərarının isə yaxın vaxtlarda bəlli olacağı gözlənilir.