“Vaqif Cavadov xaricdə təcrübə keçəcək”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Sumqayıt” klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.

Klub rəsmisi bildirib ki, 35 yaşlı mütəxəssis növbəti həftə Belçikaya yollanacaq:

Əvəzedicilərdən ibarət komandamızın baş məşqçisi Vaqif Cavadov gələn həftə təcrübə məqsədilə Belçikanın Vesterlo klubunun düşərgəsinə yollanacaq. Bir həftə müddətində həm məşqləri, həm də oyunları izləyəcək. Bu, Cavadovun Pro kateqoriya imtahanı üçün vacib olan tələblərdən biridir ki, xarici klublarda təcrübə keçsin”.

Qeyd edək ki, Cavadov 2023-cü ildən "Sumqayıt-2"nin sükanı arxasındadır.