Azərbaycan Basketbol Liqasında (ABL) XVII turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutacaq.
İlk oyun Gəncədə olacaq. Yerli komanda "Abşeron Lions"u qəbul edəcək.
Daha sonra isə "Ordu" və "Quba" komandaları parketə çıxacaqlar.
İlk matç 17:00, ikincisi isə saat 19:00-da start götürəcək.
Turun əvvəlki görüşlərində bu nəticələr qeyd alınıb:
"Lənkəran" - "Sərhədçi" 69:83
"Sumqayıt" - "Naxçıvan" 107:110



